Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Dünən Prezident İlham Əliyevin beynəlxalq beyin mərkəzlərinin nümayəndələri ilə ADA universitetində keçirdiyi görüşdə Azərbaycan Ermənistan arasında sülh müqaviləsi ilə bağlı məsələdə topun Ermənistan tərəfində olduğunu və onlardan cavab gözlədiyimizi vurğuladı.
Həm də üçüncü tərəflər mane olmasa sülh prosesinin tezliklə baş tutacağını bildirdi”.
Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb.
Deputat bildirib ki, həqiqətən bu gün Cənubi Qafqaza sülhün gəlməsini istəməyən qüvvələr var və onların başında Fransa dayanır: “Məhz Fransanın Ermənistana verdiyi hərbi dəstək və sülhdən uzaqlaşdırmaq cəhdləri ölkələrimiz arasında münasibətlərin normallaşmasına ciddi şəkildə mane olur”.
Azər Badamov “Prezident İlham Əliyevin bütün çıxışlarını Ermənistanda çox diqqətlə dinləyirlər.
O cümlədən, ADA universitetində sələndirdiyi fikirlər Ermənistan üçün bir yol xəritəsi olmalıdır.
Çünki, hər dəfə ölkə başçımızın beynəlxalq tədbirlərdə etdiyi çıxışlardan sonra iki ölkə arasında münasibətlərin formalaşdırılması istiqamətində müsbətə doğru bir irəlliləyişin olduğunu müşahidə etmişik.