Ermənistanı siyasi dalana çəkirlər Mamicanyan

11.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yaxşı niyyət” adı altında Ermənistanı siyasi dalana çəkirlər.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni deputat Ayk Mamicanyan ölkəsinin Avropa İttifaqına üzvlük məsələlərinin başlanması layihəsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu təşəbbüs heç bir perspektivi olmayan və Ermənistanı siyasi dalana sürükləyən “xoş niyyətlər toplusu”ndan başqa bir şey deyil.

Deputat iddia edir ki, Ermənistanı Aİ-də kimsə gözləmir və onun ittifaqda yeri yoxdur.

“Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin son hesabatında Ermənistanın bu ittifaqa üzvlük məsələsinə dair eyham belə yoxdur”, – deyə Mamicanyan bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью