“Ermənistanı yeni 10 noyabr gözləyir”

11.11.2024

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

“Azərbaycan 9-cu maddənin yerinə yetirilməməsi bəhanəsi ilə Ermənistana hücum etmək üçün əlverişli məqam gözləyir”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan çıxış edib.

O deyib ki, Ermənistanı yeni “10 noyabr” gözləyir. Qarabağın taleyi bizi təhdid edir. Qarabağı itirməklə biz öz təhlükəsizliyimizi sual altına qoymuşuq”.

Tevanyan bildirib ki, bütün dünya Zəngəzur sektorunda kommunikasiyalarının açılmasının tərəfdarıdır. “Əgər belədirsə, o yol açılacaq”.

İfrat ruspərəst olan erməni siyasətçinin məntiqinə görə, bölgədə Ermənistan-Azərbaycan münasibətlərində razılaşmaların əsas vasitəçisi və təminatçısı yalnız Rusiya ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью