Ermənistanın 446 yük maşını Rusiyaya keçə bilmir

26.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yaxınlığında ümumilikdə 1370 yük maşını keçid üçün gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Osetiya Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.

Bildirilib ki, gözləyən yük maşınlarından 446-sı Ermənistana aiddir.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsinin qar səbəbindən bir neçə gündür bağlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью