Ermənistanın 59 faizi referendum istəyir: Paşinyanın dediyini deyənlər çoxalır

25.09.2026

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ermənistan əhalisinin əksər hissəsi Avropa İttifaqına üzvlüyə meyllidir.

Bu ölkədə keçirilən son rəy soğrusunun nəticələrinə görə, respondentlərin 29,4%-i Avrasiya İqtisadi İttifaqın tərkibində qalmalı, 35,1%-i isə Aİ üzvlüyünə doğru irəliləməli olduqlarını bildirib.

“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistandakı GALLUP Beynəlxalq Assosiasiyasının tamhüquqlu üzvü olan MPG MMC-nin direktoru Aram Navasardyan 22-24 sentyabr tarixlərində keçirilən sorğunun nəticələrini təqdim edərkən bildirib.

Rəyi soruşulanların "24,7%-i səsvermədə iştirak etməyəcəklərini, 10,9%-i isə cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər.

Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyətlərin səbəbləri barədə sorğuya cavab da maraqlı olub.

Sorğuda iştirak edənlərin 52,4%-i bunun Ermənistan rəhbərliyinə iqtisadi təzyiq göstərmək üçün edildiyini, 40,5%-i Ermənistanın Avropa Birliyinə qoşulmaq istəyi, 5,1%-i isə Ermənistan mallarının keyfiyyət problemlərilə bağlı olduğunu bildirib.

Ermənistanda referendum keçirilməsi məsələsinə gəldikdə, respondentlərin 38,5%-i Ermənistanda referendumun mütləq keçirilməli olduğunu, 20,3%-i isə "əsasən bəli" cavabını veriblər. Bu o deməkdir ki, vətəndaşların 59 faizi belə bir referendumun keçirilməli olduğuna inanır. Bu fonda referendum məsələsinə 9,3% "əsasən xeyr", 25,1%-i isə "qətiyyən yox" cavabını verib. 6,9%-i isə qərar verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğularda 1001 nəfər iştirak edib.

Rüfət Sultan,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью