Ermənistanın 8 milyardlıq borcu necə yaranıb? Paşinyan açıqladı

13.11.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan xarici borcun artmasının səbəblərindən birinin silah alışının olduğunu bildirib.

"Unikal" xəbər verir ki, o, büdcə layihəsi ilə bağlı parlamentdə çıxışı zamanı müxalifətin ittihamlarına cavab verib.

"Bizi borcun niyə 8 milyard dollara çatdığını və bu vəsaitlə nə etdiyimizi soruşmaqda ittiham edirlər. Demək istəmədim, amma deyəcəyəm - silah aldıq. Borc götürülmüş vəsaitlə? Bəli, borc götürülmüş vəsaitlə, çünki çox silaha ehtiyacımız var idi", - deyə o bildirib.

Paşinyan kimsə ona inanmırsa, o, yenidən alınan silahları göstərməyi təklif edib. "Əgər həqiqətən maraqlanırsınızsa, hətta "qiymət etiketlərini" də göstərə biləriK", -deyə erməni baş nazir bildirib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью