Ermənistanın Aİ yə üzvlüklə bağlı nə vaxt müraciət edəcəyi bəlli deyil

19.10.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Avropa İttifaqına üzv olmaq üçün rəsmi ərizənin verilmə vaxtı bir çox amillərdən asılıdır".

Teleqraf xəbər verir ki, bu barədə DW- yə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

"Biz nə vaxt müraciət edəcəyik dəqiq deyə bilmərəm. Bəlkə gələn ay, bəlkə gələn il. Bu, bir çox amillərdən asılıdır", - Mirzoyan bildirib.

Xarici işlər naziri Aİ ilə vizasız rejimin yaradılması perspektivlərini də şərh edərək, bu prosesin bir-iki il çəkə biləcəyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью