Ermənistanın Aİ yə üzvlüyü variantlardan biridir Paşinyan

12.10.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlüyünü mümkün variantlardan biri adlandırıb.

Modern.az xəbər verir ki, Paşinyan bunu “Radio France Internationale”ə müsahibəsində bildirib.

“Variantlardan biri Ermənistan Respublikasının Avropa İttifaqına üzv olmasıdır. Niyə variantlardan biri deyirəm? Çünki Avropa İttifaqı hələ genişlənmə siyasəti barədə qərar verməlidir. Üzv olmaq istəyən və ya bu məsələni müzakirə edən dövlətin təkcə istəyi kifayət deyil”, – o deyib.

Paşinyan qeyd edib ki, Aİ daxilində genişlənmənin zəruriliyi barədə fərqli fikirlər var və Ermənistanın üzvlüyü məsələsi də bundan asılıdır.

Baş nazirin sözlərinə görə, Ermənistanın və erməni xalqının strateji məqsədi alternativlər yaratmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью