Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Aİİ üzvlüyü dekabrın 22-də dondurula bilər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası mənbələrə istinadla məlumat yayıb.
“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətindən narazıdır. Dekabr ayında o, Aİİ-nin tədbirlərində iştirak etmək və Rusiya rəhbərliyi ilə ikitərəfli danışıqlar aparmaq üçün Rusiyaya üç dəfə səfər etməyi planlaşdırır”, - mənbə bildirib.
Qeyd olunub ki, mümkün qərar Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin mayın 29-da verdiyi bəyanatla əlaqələndirilir:
“Onlar Ermənistana AB ilə Aİİ arasında seçimlə bağlı referendum keçirməyi təklif ediblər. Həmin vaxt Paşinyan belə bir səsvermənin keçirilməsi üçün heç bir əsasın olmadığını bildirmişdi”.