Ermənistanın Aqarçin kəndində sərnişin avtobusu aşıb dərəyə düşüb

02.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Ermənistanın Tavuş vilayətinin Aqarçin kəndində sərnişin avtobusu dərəyə düşüb.

APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 18 nəfər xəsarət alıb.

Bildirilib ki, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

İlkin məlumata görə, avtobusda Valeri Bryusov adına İrəvan Dövlət Universitetinin tələbələri olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью