Ermənistanın Avropa İttifaqına üzv olacaq? Paşinyan aydınlıq gətirdi

12.10.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq perspektivi həm qurumun genişlənmə siyasətindən, həm də Ermənistan xalqının qərarından asılıdır. Ermənistan hökumətinin strateji məqsədi ölkə və xalq üçün alternativlər yaratmaqdır".

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Radio France Internationale”yə müsahibəsində ölkəsinin Aİ-yə üzvlüyünün son məqsəd olub-olmadığı və bunun hansı müddətdə reallaşa biləcəyi ilə bağlı suala cavabında bildirib.

Baş nazir xatırladıb ki, 2025-ci ildə vətəndaş təşəbbüsü əsasında Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması haqqında qanun qəbul edilib.

Bununla belə, Paşinyan vurğulayıb ki, Ermənistanın Aİ-yə qoşulmaq istəyi kifayət deyil. Avropa İttifaqı da özünün genişlənməsi ilə bağlı qərar verməlidir.

“Məqsədimiz Ermənistan xalqına seçim imkanı yaratmaqdır: Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalmalıdır, Avropa İttifaqına üzv olmalıdır, yoxsa nə Avropa İttifaqının, nə də Avrasiya İqtisadi İttifaqının üzvü olmalıdır. Hər bir halda biz Ermənistan Respublikasını Avropa İttifaqının standartlarına uyğun şəkildə islah edəcəyik”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Aİ-yə üzvlük üçün tam və obyektiv şəkildə hazır olarsa, məsələ yenə iki amildən asılı olacaq: Avropa İttifaqının Ermənistanı qəbul etməyə hazır olması və Ermənistan xalqının səsvermədə verəcəyi qərar.

Paşinyan əlavə edib ki, ölkənin Avropa standartlarına cavab verən dövlətə çevrilməsi, hətta Aİ-yə üzv olmasa belə, Ermənistan üçün faydalı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью