Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Putinin mesajının əsasını “seçim et” çağırışından daha çox aydınlıq tələbi təşkil edirdi. O, Ermənistanın Aİ-yə üzvlük istəyinin ölkənin və xalqın legitim hüququ olduğunu bildirsə də, bunun Aİİ-də üzvlüyün davam etdirilməsi baxımından çətinliklər yaratdığını vurğuladı. Putin həmçinin Ermənistanın qərarını nə qədər tez dəqiqləşdirsə, Moskvanın gələcək münasibətləri, xüsusilə iqtisadi əlaqələri necə quracağını bir o qədər asan müəyyənləşdirəcəyini söylədi.
Bu yanaşma göstərir ki, Moskva üçün məsələ artıq yalnız Ermənistanın hansı siyasi istiqaməti seçməsi deyil. Əsas məsələ həmin seçimin Rusiya ilə mövcud iqtisadi münasibətlərə necə təsir edəcəyidir.
Çünki Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri hələ də kifayət qədər böyükdür. Putinin sözlərinə görə, Rusiya Ermənistanın xarici ticarətinin təxminən 30 faizini təşkil edən əsas ticarət-iqtisadi tərəfdaşdır və 2026-cı ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2,5 milyard dollara çatıb. Rusiya şirkətləri də Ermənistan iqtisadiyyatında böyük investorlar və əsas vergi ödəyiciləri arasında yer alır.
Bu rəqəmlər Ermənistanın qarşısındakı problemin yalnız geosiyasi xarakter daşımadığını göstərir. İrəvanın Avropa inteqrasiyasını dərinləşdirməsi Rusiya ilə siyasi münasibətlərin dəyişməsi ilə yanaşı, ticarət, enerji, investisiya və bazarlara çıxış məsələlərini də gündəmə gətirə bilər.
Moskvanın əsas narahatlıqlarından biri Aİ və Aİİ-nin fərqli iqtisadi və texniki qaydalarıdır. Putin xüsusilə Aİ ilə daha sıx inteqrasiyanın Ermənistanın Aİİ bazarındakı mövcud üstünlüklərinə və formalaşmış ticarət zəncirlərinə təsir göstərə biləcəyini bildirib. O, həmçinin Avropa malları və xidmətlərinin Ermənistan üzərindən Rusiya bazarına daxil olması ilə bağlı mümkün problemlərə diqqət çəkib.
Beləliklə, Moskvanın mövqeyi konkret iqtisadi mexanizm üzərində qurulur: Ermənistanın Aİ ilə inteqrasiyası dərinləşdikcə onun Aİİ çərçivəsində mövcud öhdəlikləri və güzəştləri ilə bağlı suallar arta bilər. Bu isə Ermənistanın hazırkı iqtisadi modelinin bir hissəsinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
İrəvan isə hələlik Aİ istiqamətində hərəkətlə Aİİ-dən çıxışı eyni proses kimi təqdim etmir. Paşinyan görüş zamanı Rusiya ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildirdi və regiondakı dəyişikliklər fonunda bu münasibətlərə yeni yanaşmanın lazım gəldiyini söylədi.
Bu mövqe Ermənistanın hazırkı siyasətinin əsas xüsusiyyətini göstərir: İrəvan Qərblə əlaqələrini genişləndirmək istəyir, lakin bunu Rusiya ilə iqtisadi münasibətləri dərhal pozacaq addıma çevirmək niyyətində deyil. Problemin mürəkkəbliyi də məhz buradadır. Aİ ilə inteqrasiya dərinləşdikcə iki iqtisadi sistem arasında hüquqi və institusional uyğunsuzluqların sayı arta bilər.
Putinin referendum məsələsini gündəmə gətirməsi də diqqətçəkəndir. Rusiya Prezidenti Ermənistan xalqının ölkənin inkişaf istiqamətini müəyyənləşdirmək hüququnu tanıdığını bildirməklə yanaşı, Aİ-yə üzvlük məsələsində xalqın qərar verməsini təklif edib. Bu, Moskvanın məsələni yalnız Paşinyan hökumətinin xarici siyasət kursu kimi deyil, Ermənistanın ümumi siyasi seçimi kimi təqdim etdiyini göstərir.
Bununla belə, görüşü Ermənistan–Rusiya münasibətlərində dərhal dönüş nöqtəsi kimi qiymətləndirmək doğru olmaz. Tərəflər arasında iqtisadi əlaqələrin miqyası və qarşılıqlı maraqlar münasibətlərin qısa müddətdə tamamilə başqa formata keçməsini çətinləşdirir. Paşinyanın da Moskva ilə münasibətlərin davam etdirilməsinə marağı vurğulaması bunu göstərir.
Əsas dəyişiklik daha çox bundan ibarətdir ki, Ermənistanın Aİ-yə inteqrasiya kursu artıq Rusiya ilə münasibətlərdən ayrı məsələ kimi nəzərdən keçirilmir . Moskva açıq şəkildə bildirir ki, İrəvanın Avropa seçiminin iqtisadi nəticələri olacaq və Rusiya öz siyasətini bu seçimə uyğunlaşdırmalı olacaq.
Bu baxımdan Bişkek görüşü Ermənistan üçün yekun seçim anı deyil, seçimlərin qiymətinin daha aydın görünməyə başladığı mərhələdir. İrəvan qarşıdakı dövrdə Aİ ilə siyasi yaxınlaşmanı Rusiya ilə mövcud iqtisadi əlaqələri mümkün qədər qorumaqla necə uzlaşdıracağını müəyyənləşdirməli olacaq.
Moskva üçün isə əsas məsələ Ermənistanın Aİ-yə yaxınlaşmasının hansı həddə qədər Aİİ ilə paralel davam etdirilə biləcəyidir. Əgər bu iki istiqamətin bir arada saxlanılması praktik baxımdan mümkünləşməzsə, Ermənistanın indiki balans siyasəti getdikcə daha ciddi seçimlə üzləşəcək.
Nəticə etibarilə, Putin–Paşinyan görüşünün əsas mesajı “Ermənistan Rusiyanı, yoxsa Avropanı seçməlidir?” sualından bir qədər fərqlidir. Əsas sual budur: İrəvan Avropa inteqrasiyasını dərinləşdirərkən Rusiya ilə mövcud iqtisadi və institusional əlaqələrini hansı həddə qədər qoruya biləcək? Görüş bu suala cavab vermədi, lakin problemin artıq açıq şəkildə Moskva–İrəvan gündəminin mərkəzinə çıxdığını göstərdi.
Səbinə Həsənova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bu yanaşma göstərir ki, Moskva üçün məsələ artıq yalnız Ermənistanın hansı siyasi istiqaməti seçməsi deyil. Əsas məsələ həmin seçimin Rusiya ilə mövcud iqtisadi münasibətlərə necə təsir edəcəyidir.