Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu sözləri Ermənistanın Bazara Nəzarət Təftiş İdarəsinin rəhbəri Armen Kotolyan mətbuat konfransında söyləyib. O bildirib ki, Azərbaycandan göndərilən yanacaqdan alınmış nümunələr ölkənin Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib:
"Nəticələr göstərir ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə cavab verir. Hər hansı keyfiyyət pozuntusu yoxdur".
Paşinyan: "Azərbaycandan yanacaq idxalı inhisarla mübarizə üçün zəruridir"
Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Nəticələr göstərir ki, benzinin keyfiyyəti Avrasiya İqtisadi Birliyinin (AİB) texniki tələblərinə cavab verir. Hər hansı keyfiyyət pozuntusu yoxdur".