Ermənistanın baş nazir müavini Moskvaya gedib

24.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın baş nazir müavini Mher Qriqoryan iki günlük işgüzar səfərlə Rusiyanın paytaxtı Moskvaya yola düşüb.

Sherg.az xəbər verir ki, Qriqoryan noyabrın 24-25-də Moskvada olacaq. Səfər çərçivəsində o, rusiyalı həmkarı Aleksey Overçukla görüşəcək və Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında iştirak edəcək.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью