Ermənistanın baş naziri BƏƏ yə işgüzar səfərə gedib YENİLƏNİB

09.07.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan BƏƏ-yə işgüzar səfərə gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə erməni KİV-ləri hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

***

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedir.

"Operativ Məlumat Mərkəzi-OMM" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

"Bu gün Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanın BƏƏ Prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayan ilə görüşü planlaşdırılır. Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Əbu-Dabidə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью