Ermənistanın bütün rəhbərliyi ölkəni Kremlin valisi kimi idarə edib AÇIQLAMA | Icma.az
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rusiyanın Ermənistana qarşı təhdid və təzyiqlərinin kökündə Ermənistan iqtisadiyyatının Rusiyadan asılı vəziyyətdə olması durur.
Ermənistanın bütün prezidentləri Kremlin valisi kimi ölkəni idarə ediblər".Bu barədə siyasi şərhçi Samir Əsədli Bakıvaxtı.az-a açıqlamasında deyib.
Ekspert bildirib ki, İrəvan heç zaman Moskvanın razılığı olmadan addım atmayıb: "Paşinyan hakimiyyətə gəldikdən sonra sürətli şəkildə Qərbə inteqrasiya siyasətini həyata keçirməyə başladı.
ABŞ ilə münasibətləri dərinləşdirməyə çalışdı. Əlbəttə, İrəvan hökumətinin bu addımları Rusiyanı qıcıqlandırmaya bilməz.
Rusiya Ermənistanın hər sahədə, əsas da iqtisadi cəhətdən özündən asılı olduğunu bilir. Ona görə də Ermənistana təzyiq göstərir.
Çalışır ki, müxtəlif vasitələrdən istifadə etməklə Ermənistanı Avropaya, Qərbə inteqrasiyanı dayandırmağa məcbur etsin".Samir Əsədli: İrəvan heç zaman Moskvanın razılığı olmadan addım atmayıbMüsahibimiz hesab edir ki, əgər Qərb İrəvans verdiyi sözlərin arxasında durarsa, Ermənistanın Rusiyadan asıllığı nisbətən azalar:"Yox əgər Qərb sözündə durmazsa, Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq.
Çünki bu ölkənin iqtisadiyyatı Rusiyanın əlindədir. Dünənədək bu ölkəni Rusiyav idarə edib".
Tam oxu
Xəbəri oxu