Ermənistanın daxili işlər naziri dekretə çıxır

02.04.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin daxili işlər naziri Arpin Sarkisyanın səlahiyyətlərini icra edəcək şəxs axtarışındadır.

Oxu.Az "Joğovurd" nəşrinə istinadən xəbər verir ki, səbəb nazirin dekretə çıxmasıdır.

Məlumat üçün əlavə edək ki, Arpin Sarkisyan 2024-cü ilin noyabrında Vahe Qazaryanın istefasından sonra Ermənistanın daxili işlər naziri vəzifəsinə təyin edilib. Bundan əvvəl o, daxili işlər nazirinin müavini olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью