Ermənistanın dövlət borcu bir ayda 47 milyard artdı

07.09.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın dövlət borcu son bir ay ərzində 47 milyard dramdan çox artıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsinin məlumatlarında bildirilir.

Qeyd olunub ki, ölkənin dövlət borcu hazırda 14 milyard 84 milyon ABŞ dolları təşkil edir.

Borcun əsas hissəsi Ermənistan hökumətinin öhdəliklərinin payına düşür. Hökumətin borcu 5 trilyon 160 milyard 830 milyon dram səviyyəsində qiymətləndirilir.

Beləliklə, son bir ayda Ermənistanın dövlət borcunda nəzərəçarpacaq artım qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью