Ermənistanın ətraf mühiti zəhərləyən dağ mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazı…
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır.
APA xəbər verir ki, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.
Bu barədə Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.
O, deyib ki, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq.
Xəritə “WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”.
M.Bayramov Ermənistandan törətdiyi ekoloji cinayətlərə görə cavab istəyib: “Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq.
Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq.
Tam oxu
Xəbəri oxu