Ermənistanın Gümrü şəhərinin merinin oğlu həbs edilib

21.11.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan həbs edilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Telegram kanalları məlumat yayıb.

Qeyd edək ki, Spartak Qukasyan ilkin olaraq Şirak vilayəti üzrə istintaq şöbəsinə çağırılıb. Lakin o, şöbəyə yaxınlaşdıqda maskalı hüquq-mühafizə əməkdaşları tərəfindən əhatəyə alınaraq naməlum istiqamətə aparılıb.

Xatırladaq ki, Gümrü şəhərinin meri Vardan Qukasyan həbsdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью