Ermənistanın himni dəyişdiriləcək

28.11.2024

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Ermənistan Respublikasının himninin mətni dəyişdiriləcək.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökümətinin bu gün keçirilən iclası zamanı qərar qəbul olunub.

“Hökumət bugünkü iclasında “Ermənistan Respublikasının himni haqqında” qanuna dəyişiklik layihəsini təsdiqləyib”, - deyə vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın gerbinin də dəyişdirilməli olduğunu bəyan etmişdi.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью