Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şübhəsiz ki, bu gün Ermənistanın siyasi hakimiyyətinin başında duran Baş nazir Nikol Paşinyan elə bir siyasət yürütməyə çalışır ki, həm Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətləri qoruyub saxlaya bilsin, həm də Avropa İttifaqı (Aİ) ilə əlaqələri gücləndirsin.
Bu siyasətin kökündə iqtisadi və siyasi mənfəətlərin balanslaşdırılması dayanır”.
Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Millət vəkili İrəvanın Aİİ və Aİ arasındakı “iki stul” stiyasətinin pərdəarxası məqamlarını şərh edib.
Onun sözlərinə görə, Aİİ çərçivəsində Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 16-17 milyard dollar, 2024-cü ildə isə 12 milyard dollar civarında olub: “Bu əməkdaşlıq, xüsusilə Rusiyanın iqtisadi sanksiyalar fonunda Ermənistan üçün böyük iqtisadi faydalar təmin edir.
Digər tərəfdən, Avropa İttifaqı ilə münasibətlərə daha çox siyasi müstəvidə üstünlük verilir.
Paşinyan bu çərçivədə Avropa İttifaqına üzvlük mesajı ilə Avropadan mümkün siyasi dəstəkləri qazanmağa çalışır.