Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ermənistanın inkişafı, rifahı məhz İranın istədiyi şeydir".
Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani Sünikə səfəri zamanı deyib.
O bildirib ki, Sünikdə tikilən avtomobil yolu 1 saat 20 dəqiqəlik yolu cəmi 20 dəqiqəyə azaldacaq və bu yolun eni 6 metrdən 17 metrə qədər artacaq ki, bu da hər iki ölkə üçün əlverişlidir.
"Bundan hər iki ölkə faydalanacaq. Ermənistan faydalansa, təbii ki, İran da bundan faydalanacaq”, - deyə diplomat vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az