Ermənistanın keçmiş baş prokuroru Rusiya vətəndaşlığı alıb | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2013-2016-cı illərdə Ermənistan baş prokuroru olmuş Gevorq Kostanyan Rusiya vətəndaşığəı alıb və 2022-ci ilin yanvarından Moskvada qeydiyyatdadır.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, Kostanyan hazırda hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.
O, baş prokuror vəzifəsindən getdikdən sonra 2017-2019-cu illərdə RPA-dan deputat olub.
2019-cu ilin sentyabrında məlum olub ki, o, 1 mart işi ilə bağlı Xüsusi İstintaq Xidmətinə (indiki Korrupsiyaya Qarşı Mübarizə Komitəsi) çağırılıb.
Həmin il noyabrın 25-də keçmiş baş prokurorun 1 mart işinə cəlb edildiyi məlum olub.
Bundan sonra Kostanyana qarşı istintaq elan edilib və 2019-cu ildə keçmiş məmur barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət verilib.
Tam oxu
Xəbəri oxu