Ermənistanın keçmiş fövqəladə hallar naziri həbs edildi

10.12.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan 4 il 5 ay müddətinə həbs edilib.
Missiya.Az
"Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya qarşı Mübarizə üzrə Cinayət Məhkəməsi müvafiq qərar qəbul edib.

O, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadədə, xüsusilə külli miqdarda rüşvət almaqda və dələduzluqda təqsirli bilinib.

Xatırladaq ki, Andranik Piloyan Fövqəladə Hallar Nazirliyinin rəhbəri olarkən 2022-ci il martın 31-də həbs edilib. O, 2022-ci ilin oktyabrında 36,5 min dollar girov müqabilində həbsdən azad edilib.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью