Ermənistanın keçmiş müdafiə nazirinin əmlakına HƏBS

24.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyanın mənzilinə və 4 vahid daşınmaz əmlakına həbs qoyulub. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Ermənistan tərəfi ABŞ-dəki həmkarlarına Massaçusets ştatında 2 milyon 50 min dollar dəyərində malikanənin həbsi üçün əsaslar təqdim edən sorğu göndərib. Vigen Sarkisyan hərbçilər üçün mənzillərin bölüşdürülməsində dələduzluqda və 100 milyon dollar pulların yuyulmasında ittiham olunur. O, axtarışa verilib. Sabiq nazir özü isə bunu “siyasi təqibin təzahürü” adlandırıb. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью