Ermənistanın keçmiş təhsil nazirinin həbs müddəti uzadıldı

03.07.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məhkəmə keçmiş təhsil naziri və Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyanın məhkəməyəqədərki həbs müddətini daha bir ay uzadıb. 

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan "Facebook"da məlumat verib.

Vəkil bildirib ki, hakim Vardkes Sarkisyanın qərarı ilə siyasi məhbus Armen Aşotyanın həbs müddəti bir ay uzadılıb".

Qeyd edək ki, iyunun 5-də Ermənistanın İstintaq Komitəsi Aşotyanın da daxil olduğu 7 keçmiş məmurun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs olunduğunu elan edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью