Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? | Icma.az
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakıda keçirilmiş COP29 iqlim sammiti Azərbaycanın qlobal miqyasda uğuru kimi yadda qalsa da, bu hadisənin daha vacib bir tərəfi də var: qlobal miqyaslı toplantının başa çatması həm də Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlarda elan etdiyi müvəqqəti fasilənin sonu hesab edilə bilər.
Azərbaycan dəfələrlə bəyan etmişdi ki, noyabrın sonu və ya dekabrın əvvəlində danışıqlar bərpa olunacaq.
Bu mərhələ tərəflərin sülhə real hazır olub-olmamasını göstərmək üçün ciddi sınaq rolunu oynayacaq.
Məntiqlə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına yönəlmiş danışıqlar prosesi COP29 öncəsində dayandırıldığı nöqtədən bərpa oluna bilərdi.
Nəzəriyyədə belədir - reallıqda isə vəziyyət çox mürəkkəbdir.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatları ilə hərəkətləri arasında böyük ziddiyyətlərə fasilə verməyərək sülh prosesinə qeyri-konstruktiv yanaşmasını davam etdirir.
COP29 öncəsində Ermənistan növbəti dəfə öz xəyallarını beynəlxalq dəstək üzərində quraraq, Azərbaycan üzərində təzyiq yaradılacağına dair illüziyalara qapılmışdı.
Tam oxu
Xəbəri oxu