Ermənistanın KTMT dəki səsvermə hüququ ləğv edilə bilər

18.06.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 18 iyun, AZƏRTAC

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində faktiki olaraq iştirak etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Taalatbek Masadıkov bildirib.

“Ermənistan artıq üç ildir ki, üzvlük haqqını ödəmir. Təşkilatın işində de-fakto iştirak etmir, de-yure isə KTMT-nin tamhüquqlu üzvüdür. Lakin qərar, əlbəttə ki, erməni xalqına və Ermənistan rəhbərliyinə aiddir", - deyə o, müvafiq suala cavab verərkən vurğulayıb.

Masadıkov qeyd edib ki, KTMT-yə üzv ölkələr Ermənistanın statusunu və üzvlük haqqının ödənilməməsinə görə səsvermə hüquqlarının ləğvini müzakirə edirlər.

“Bəli, bu məsələ müzakirə olunur. Bu yaxınlarda Kazanda Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi və orada xarici işlər nazirləri bu məsələni ətraflı müzakirə etdilər”, - deyə KTMT-nin baş katibi əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью