Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün gələcək taleyi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər. SİA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də tamhüquqlu iştirakını bərpa etmək imkanı hələ də var. Bununla belə, heç kim ölkəni təşkilatda qalmağa məcbur etmək niyyətində deyil.
Mətləb