Ermənistanın milli futbol komandasına baş məşqçi təyin olundu

17.02.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


61 yaşlı hollandiyalı mütəxəssis Con Van 't Sçip Ermənistan millisinin baş məşqçisi təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin futbol Federasiyası məlumat yayıb.
Qeyd olunub ki, hollandiyalı Ermənistan millisinə təyin olunana qədər Yunanıstan millisinə, eləcə də Hollandiyanın “Ayaks”ına rəhbərlik edib.
Van 't Şçipin köməkçisi keçmiş Hollandiya millisinin üzvü Aaron Vinter olacaq.
Bildirilib ki, yeni baş məşqçi vəzifəsinin icrasına martın 1-dən başlayacaq. Onunla müqavilə daha bir il uzadılmaq imkanı ilə 1 illikdir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью