Ermənistanın milli qəhrəmanı 44 günlük müharibə ilə bağlı saxlanıldı | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanda general, milli qəhrəman, Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan saxlanılıb.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə onun vəkili Varazdat Arutyunyan məlumat verib.
Məlumata görə, Baş Qərargah rəisinin keçmiş birinci müavininə qarşı Qarabağda 44 günlük müharibənin bəzi epizodları ilə bağlı ittihamlar irəli sürülüb.
Tiran Xaçatryanın həbs olunması ilə bağlı məhkəməyə vəsatət verilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu