Ermənistanın missiya saxtakarlığı: Paşinyanın siyasəti regional sabitliyi təhdid altında s…
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Avropa İttifaqının (Aİ) müşahidə missiyasının şərti həmsərhəd ərazilərdən çıxarılm
Azərbaycan tərəfi həmin missiyanın ümumiyyətlə, sərhədyanı ərazilərdən çıxarılması tələbi ilə çıxış edir və bu tələbində də kifayət qədər ha
Bunu Oxu.Az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Aİ-nin müşahidə missiyası faktiki olaraq sülh yaratmaq və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində fəaliyyət göstərmir: "Əksinə, öz fəaliyyəti ilə təhrikedici addımlara rəvac verir ki, bu da münasibətlərin iki ölkə arasında daha da gərginləşməsinə xidmət edir.
Məlumdur ki, həmin missiya Azərbaycanın razılığı ilə cəmi iki aylıq müddətə 40 nəfərlik tərkibdən ibarət olaraq yaradılmışdı.
Amma ondan sonrakı mərhələdə Ermənistan Azərbaycanla razılaşdırmadan birtərəfli qaydada həmin missiyanın müddətinin uzadılması və tərkibinin genişləndirilməsi istiqamətində addımlar atdı.
Son olaraq isə daha iki il müddətinə, yəni 2027-ci ilə qədər mandatın uzadılması ilə bağlı müvafiq qərar qəbul olunub.
Məsələ burasındadır ki, bu missiyanın tərkibi, yəni onun keçmiş hərbçilərdən, polis qüvvələrindən ibarət olması, eləcə də missiyanın tabe olduğu Avropa İttifaqının davamlı şəkildə Ermənistana silah tədarükü, Aİ-nin Sülh Fondu vasitəsi ilə ermənilərin silahlandırılması üçün milyonlarla vəsait ayrılması həmin missiyanın tamamilə başqa məqsədlər üçün yaradıldığını fakt olaraq ortaya qoyur.
Tam oxu
Xəbəri oxu