Ermənistanın müdafiə naziri Makronun hərbi müşaviri ilə regionu müzakirə edib

16.12.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransa prezidentinin hərbi müşaviri Fabien Mandonla görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə Papikyan özünün “Facebook” sosial media hesabında paylaşım edib.

Bildirilir ki, görüşdə Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan da iştirak edib. 

“Biz Ermənistan-Fransa müdafiə sahəsində əməkdaşlığın bütün sahələrini ətraflı müzakirə etdik”, - deyə siyasətçi vurğulayıb.

Papikyan qeyd edib ki, bundan əlavə o, Mandonla regional və beynəlxalq təhlükəsizlik məsələləri haqqında da fikir mübadiləsi aparıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью