Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Baku TV-nin "Yeni bir səhər" verilişinin növbəti buraxılışı yayımlanıb.
Proqramın budəfəki buraxılışında İranla Ermənistanın birgə hərbi təliminin məqsədi barədə siyasi şərhçi Sahil Kərimli ilə müzakirə aparılıb. Bununla yanaşı, Ermənistan silahlı qüvvələrinin şərti sərhədin Tovuz rayonu istiqamətində mühəndis-istehkam işləri aparması barədə xəbərə yer verilib.
Verilişdə, həmçinin siyasi şərhçi Sədrəddin Soltanla İran və ABŞ-nin bir-birinə qarşı sərt bəyanatlar irəli sürməsinin mübaribəyə gətirib çıxarıb-çıxarmayacağı barədə fikir mübadiləsi aparılıb.
Ermənistanın mühəndis-istehkam işləri və İranla hərbi təlimlər