Ermənistanın Müstəqillik Bəyannaməsi anti dövlət sənədidir Paşinyan

29.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni anti-dövlət xarakteri daşıyır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da jurnalistlərlə söhbətində bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bunu həmin sənədin məzmunu ilə müstəqil dövlət qurmağın mümkün olmaması ilə əsaslandırıb.

“Bu mətn dövlətə sahib olmağın mümkünsüzlüyündən bəhs edir. Biz tariximizdən dərs çıxarmalıyıq”, – deyə baş nazir vurğulayıb.

O əlavə edib ki, hazırda dünya nizamı dağılmaqdadır və Ermənistan belə bir şəraitdə sülhü bərqərar edə bilib.

Onun sözlərinə görə, Müstəqillik Bəyannaməsində əks olunan ideologiyadan imtina etmək Ermənistanın öz maraqlarından irəli gəlir və bunun Azərbaycanla, yaxud hər hansı xarici qüvvə ilə əlaqəsi yoxdur.

“Bu, Ermənistanın maraqlarından irəli gəlir”, – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, Azərbaycan tərəfi rəsmi İrəvan qarşısında şərt qoyub ki, iki dövlət arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməli, Müstəqillik Bəyannaməsində yer alan qonşu ölkələrə ərazi iddiası aradan qaldırılmalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью