Ermənistanın qadın batalyonu paradda iştirak edib

28.05.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Silahlı Qüvvələrinin ayrıca qadın batalyonu ilk dəfə bu gün keçirilən hərbi paradda iştirak edib.
Modern.az xəbər verir ki, parad İrəvanın Respublika Meydanında keçirilib.
Parada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan komandanlıq edib.
Ermənistan hakimiyyəti ilk dəfə 2020-ci ilin payızında Qarabağda gedən döyüşlər fonunda qadın batalyonunun yaradılmasını elan etmişdi. Həmin vaxt Müdafiə Nazirliyi könüllü qadın bölmələrinin yaradıldığını bəyan etmişdi.

2023-cü ilin may ayında Ermənistan hökuməti 18-27 yaş arası qadınların altı aylıq hərbi xidmətə könüllü olaraq qoşulmasına icazə verən qanun layihəsini təsdiqləyib. Daha sonra bu könüllülərdən Ermənistan Müdafiə Nazirliyinin ayrıca qadın batalyonu yaradılıb.
Ermənistan ordusunda qadınların hərbi xidmətə ilk çağırışı 2023-cü ilin dekabr ayında başlayıbr.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью