Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Qafanda konsulluğun açılması ilə bağlı Ermənistandan cavab gözləyir. İrəvan isə Kremlə dəqiq cavab verməkdən yayınır.
Bəzi ekspertlər diqqəti Qərb rəsmilərinin Ermənistana ardıcıl səfərləri fonunda ölkə daxilində anti-Rusiya ritorikasının artmasına çəkir.
Analitiklər bunu Moskva-İrəvan münasibətlərində böhran kimi şərh edirlər.
Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Ermənistan Rusiyaya cavab verməkdə Qərbdən təlimat gözlədiyi üçün tələsmir: “Qafan yerləşdiyi strateji mövqeyə görə Qərb ölkələrinin də marağındadır.
Avropa İttifaqının mülki missiyası məhz bu ərazilər üzərində nəzarət funksiyasını həyata keçirir.
Nikol Paşinyan administrasiyasına verilən tapşırıq ondan ibarətdir ki, mümkün qədər Rusiyanın bu istəkləri ertələnsin, müxtəlif bəhanələrlə proses uzadılsın.
Avropa İttifaqı və Qərb dünyası açıq şəkildə Paşinyan və komandasını Rusiyadan uzaqlaşdırmaq siyasətinə keçib. Bu tam şəkildə mümkün deyil”.