Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Revanşist “Şərəfim Var” fraksiyasının deputatı Anna Mkrtçyan parlamentin salonundan ölkəsinin Azərbaycana qarşı ərazi iddialarını əks etdirən fotolar yapışdırıb.
Mkrtçyan bu addımı Baş nazir Nikol Paşinyanın maketini təqdim etdiyi Ermənistan xəritəsinin parlament divarından asılmasına etiraz olaraq atdığını bildirib.
Deputat etiraz edib ki, Paşinyanın göstərişi ilə həmin xəritə asılarkən, niyə Qarabağ orada yer almayıb.Ermənistan parlamentində belə siyasətçilərin olması iki ölkə arasında imzalanması gözlənilən sülh müqaviləsinə necə təsir edəcək?Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanın siyasi həyatında bu cür revanşist siyasilər var:“Bunun əsasında Azərbaycan dövləti bildirir ki, Ermənistan qanun siyahısına dəyişiklər edilməlidir.
Yəni, Ermənistan qanun siyahısında Azərbaycan və Türkiyə əleyhinə maddələr var.
Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə çıxış edilir, o həmin maddələr oradan götürülməlidir.
Yəni, bizim istədiyimiz, bizim mübarizəmiz məhz, bu yöndədir.
Artıq bundan sonra, Ermənistanda revanşizmə, ciddi əsas yaradan bütün maneələr aradan qaldırıldıqdan sonra biz müqaviləsini imzalaya bilərik”.Politoloq onu da qeyd edib ki, Anna Mkrtçyanın parlamentdə təqdim etdiyi xəritədə Azərbaycan dövlətinin nə qədər düzgün mövqedə olduğunu bir daha göstərir:“Haqlı olaraq Azərbaycan dövləti bununla bağlı bəyanatarla çıxış etməkdədir.