Ermənistanın Qarabağla bağlı yaydığı bu görüntülər gündəm oldu VİDEO

06.10.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan mediası İkinci Qarabağ müharibəsi zamanı erməni işğalçılarının təşviş içində silahhlarını tərk edərək geri çəkilməsini əks etdirən videolar yayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər erməni teleqram səhifələrində yayılıb. Kadrlarda 1993-cü ildə Erəmənistanın Qarabağa girməsi ilə 2020-ci ildə Azərbaycan ordusunun əzmkarlığı nəticəsində ərazidən uzaqlaşmaları  əks olunub.

Hətta Azərbaycan hərbçisinin danışığı da arxa fonda eşidilib. O, 8-dən çox erməni hərbçisinin ordumuzun hücumu nəticəsində ərazini tərk edərək qaçmasını səsləndirib.

Qeyd edək ki, II Qarabağ müharibəsindəki qələbə Azərbaycanın qətiyyətli və uğurlu müdafiə strategiyasının və xalqının iradəsinin əyani sübutudur.

https://cdn.globalinfo.az/2025/10/цеункенг.mp4

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью