Ermənistanın QHT nümayəndələri Bakıya GƏLDİLƏR

21.11.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib.
Modern.az xəbər verir ki, bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.
Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью