Ermənistanın Rusiyadakı səfiri KTMTyə üzv ölkələrin səfirlərinin iclasına qatılıb KONKRET

14.11.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

KTMT çərçivəsindəki  tədbirlərdə iştirakdan imtina edən Ermənistan, təşkilatı Azərbaycanla müharibədə onlara kömək etməməkdə ittiham edir. Rusiyanın təsirindən çıxa bilməyən İrəvan KTMT-nin növbəti tədbirinə qatılmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, noyabrın 13-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin səfirləri ilə görüşüb. Tədbirdə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da iştirak edib. İştirakçılar arasında Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan da olub. Qey olunub ki, KTMT Təhlükəsizlik Şurasının katibləri noyabrın 28-də Astanada bir araya gələcək. Həmin iclasda da Ermənistan nümayəndə heyyətinin iştirakı gözlənilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью