Ermənistanın Rusiyaya yeganə quru yolu yenə bağlandı

25.11.2024

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Yuxarı Lars keçid məntəqəsi yük maşınlarının keçidi üçün bağlıdır.

Xalqcebhesi.az xəbər verir ki, buna səbəb Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Kobi hissəsində güclü qar yağmasıdır.

Minik avtomobillərinin keçidinə isə heç bir maneə yoxdur.

Xatırladaq ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Rusiya ilə (Gürcüstandan keçməklə) birləşdirən yeganə quru yoludur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью