Ermənistanın Rusiyaya yeganə yolu bağlandı

17.11.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya-Gürcüstan sərhədinin “Yuxarı Lars” keçid məntəqəsi yük maşınları üçün bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat verilib.

“Yolların buz bağlaması səbəbindən Qudauri-Kobi məntəqəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.

Yol minik avtomobilləri üçün açıqdır.

Hazırda 2025 yük maşını gözləyir. Onların 630-u erməni yük maşınlarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью