Ermənistanın Rusiyaya yeganə yolu bağlandı

17.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Rusiya-Gürcüstan sərhədinin "Yuxarı Lars" keçid məntəqəsi yük maşınları üçün bağlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən məlumat yayıb.

Bildirilib ki, "Yolların buz bağlaması səbəbindən Qudauri-Kobi məntəqəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib".

Minik avtomobilləri üçün yol açıqdır.

Hazırda gözləyən 2025 yük maşınından 630-u ermənilərindir.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью