Milli.az saytına istinadən Icma.az xəbər verir. Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir: Dayanmayan militarizm və revanş
Ukrayna müharibəsinin təcrübəsindən faydalanaraq, erməni rəhbərliyi 2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı aşkar edilən texnoloji g
Silahlı qüvvələrin modernizasiyası və əsas istiqamətlər 2020-ci ilin 44 günlük müharibəsində Ermənistanın məğlubiyyətindən sonra müdafiə naz
Bu proqramın mərkəzində radioelektron mübarizə (REM), pilotsuz uçuş aparatları (PUA) və məlumatların emalı üçün proqram təminatı dayanır.
Bu sahələrin seçilməsi təsadüfi deyil: məhz bu istiqamətlərdə Ermənistan ordusu Qarabağdakı döyüşlər zamanı ciddi zəifliklər göstərmişdi.
44 günlük müharibə zamanı Ermənistan ordusu Azərbaycanın REM sahəsindəki tam üstünlüyü ilə üzləşdi.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) məlumatına görə, Ermənistan silahlı qüvvələri müasir radioelektron basdırma sistemlərinə malik deyildi və Azərbaycan PUA-larına effektiv müqavimət göstərə bilmirdi.
Hərbi ekspert Leonardo Trinçer Global Defense Analysis portalına verdiyi müsahibədə bildirmişdi: "Ermənistanın radioelektron mübarizə sahəsində çox məhdud imkanları var idi.