Ermənistanın üzvlük müraciəti ilə bağlı Aİdən AÇIQLAMA EKSKLÜZİV

13.01.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ermənistan Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməyib”.
Bu fikirləri Bizim.Media-ya eksklüziv açıqlamasında Avropa Şurası Prezidentinin mətbuat katibi Maria Tomasik bildirib.
 

MÖVZU İLƏ BAĞLI:
Rusiyadan SONUNCU XƏBƏRDARLIQ – Ermənistan hakimiyyət çevrilişinin ASTANASINDA


Maria Tomasik əlavə edib ki, Ermənistan tərəfindən müraciət ediləcəyi təqdirdə prosesə uyğun işlər aparıla bilər:
“Biz Ermənistanın Avrointeqrasiya prosesi ilə bağlı qanun layihəsindən xəbərdarıq və onu təhlil edib Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Bununla yanaşı, Aİ-nin mükəmməlliyinə geniş dəstək və yaxınlaşmağa imkan verən mövcud Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimizin həyata keçirilməsi ilə artıq çoxlu işlər görürük”, - deyə M.Tomasik bildirib.
Xatırladaq ki, Ermənistan hökuməti yanvarın 9-da ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Sözügedən layihə Ermənistan parlamentinin müzakirəsinə göndərilib.
Tehran Orucoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью