Ermənistanın Vaşinqtondakı yeni səfirinin namizədliyi təsdiqləndi

20.08.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Ermənistanın yeni səfirinin namizədliyini təsdiqləyib - bu vəzifəyə hazırkı əmək və sosial məsələlər naziri Narek Mkrtçyan təyin ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan hökumətində Mkrtçyanın təyinatı birmənalı qarşılanmayıb — onun bu vəzifədə səmərəli işləmək qabiliyyətinə şübhələr var.

2021-ci ildə təyin edilmiş Ermənistanın ABŞ-dəki səfiri Lilit Makuntsun səlahiyyət müddəti bu il avqustun 2-də başa çatıb. Yeni təyinat təsdiqlənməyib, prezident isə onun mandatının uzadılması haqqında fərman imzalamayıb. Buna görə də Ermənistan qanunvericiliyinə əsasən, avqustun 3-dən etibarən o, rəsmi olaraq ölkəni təmsil edə bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью