Ermənistanın vizasız Avropa arzusu suya düşür ? Aİ dən açıqlama

07.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyasının sözçüsü Paula Pinyo Aİ ilə Ermənistan arasında vizasız rejimin 2029-cu ilə qədər tətbiq ediləcəyini təsdiqləməyib.

Bakıvaxtı.az xəbər verir ki, o, Brüsseldə keçirilən brifinqdə konkret tarix açıqlamağın hələ tez olduğunu bildirib.

Pinyo viza liberallaşdırılmasının 2029-cu ildə və ya başqa tarixdə baş verəcəyinə dair proqnoz verməyin mümkün olmadığını qeyd edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl 2029-cu ilə qədər Aİ ilə vizasız rejimin tətbiq olunacağını gözlədiyini bildirmişdi. Ermənistan parlamenti 2025-ci ildə ölkənin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul edib.

Günəş Mərd 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью