Ermənistanın xarici tiarəti 28 milyard dolları keçib İdxal ixracı üstələyir... AzPolitika onlayn siyasiictimai qəzet

25.12.2024

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

2024-cü ilin yanvar-noyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrünü 54% üstələyərək 28 milyard 179,6 milyon dollar təşkil edib.

“AzPolitika” erməni mənbələrinə istinadla xəbər verir ki, noyabrda oktyabr ayı ilə müqayisədə dövriyyə 15,6%, ötən ilin noyabr ayı ilə müqayisədə isə 27,4% azalıb. Bu ilin noyabr ayında xarici ticarət dövriyyəsi 1 milyard 918,4 milyon dollar təşkil edib.

Qeyd olunur ki, 11 ayda ixrac 73,9% artaraq 12 milyard 307,8 milyon dollar təşkil edib. Lakin noyabrda oktyabr ayı ilə müqayisədə 19,6%, ötən ilin noyabr ayı ilə müqayisədə isə 35% azalaraq 752,1 mln. dollara düşüb.

2024-cü ilin 11 ayı ərzində idxal ötən ilin eyni dövrünü 41,5% üstələyərək 15 milyard 871,8 milyon dollar təşkil edib. Noyabrda oktyabr ayı ilə müqayisədə 12,8%, ötən ilin noyabr ayı ilə müqayisədə isə 21,4% azalaraq 1 milyard 166,3 milyon dollar təşkil edib.

O da bildirilir ki, yanvar-noyabr aylarında erməni dramının ABŞ dollarına nisbətdə orta məzənnəsi 392,38, noyabrda isə 388,97 təşkil edib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью